"Memati" və "Abdülhey" illər sonra bir arada - FOTO

"TRT1"-in yüksək reytinqli seriallarından olan "Mehmed: Fetihler Sultanı" son həmləsi ilə gündəm olub.
"Cebheinfo.az" xəbər verir ki, məşhur aktyor Gürkan Uygun da ekran işində çəkiləcək.
O, layihədə "Mahmud Paşa" obrazına həyat verəcək.
Maraqlıdır ki, sözügedən serialda Kenan Çoban da "Balı Bey" obrazını canlandırır.Beləliklə, sevilən aktyorlar uzun illər sonra yenidən birlikdə çəkiləcəklər.
Qeyd edək ki, Gürkan Uygunun Kenan Çobanla birlikdə rol aldıqları əfsanəvi serial "Kurtlar Vadisi Pusu"da unudulmaz "Memati" və "Abdülhey" obrazlarına həyat veriblər.
Elmir Mustafa
"Cebheinfo.az"