Özgü Namalın yeni layihəsi bəlli oldu

Özgü Namalın yeni layihəsi bəlli oldu

Türkiyəli məşhur aktrisa Özgü Namalın yeni layihəsi bəlli olub.

“Cebheinfo.az” xəbər verir ki, sevilən aktrisa “Kıskanmak” serialında rol alacaq.

Məlumatlara görə, çox sayda təklif alan ulduz sözügedən serialı qəbul edib.

O, layihədə “Seniha” obrazına həyat verəcək. “Ay Yapım”ın yeni mövsüm üçün çəkəcəyi serialın iddialı bir başlanğıc etməsi planlaşdırılır.

Ekran işinin “Now TV”də yayımlanma ehtimalı yüksəkdir. 

Aslan
“Cebheinfo.az”