İsrail isveçli ekofəalın olduğu gəminin Qəzzaya yaxınlaşmasına icazə verməyəcək

İsrail isveçli ekofəalın olduğu gəminin Qəzzaya yaxınlaşmasına icazə verməyəcək

İsrail Müdafiə Qüvvələri göyərtəsində 12 fələstinpərəst fəalın, o cümlədən isveçli ekofəal Qreta Tunberqin olduğu "Madlin" adlı gəminin Qəzza zolağı sahillərinə yaxınlaşmasına icazə verməmək qərarına gəlib.

Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Məlumata görə, Şərqi Aralıq dənizinə bir həftə ərzində çatması gözlənilən gəminin Qəzza zolağına yaxınlaşmasına və ya onun sahilində yan almasına icazə verilməyəcək". İsrailin müdafiə naziri İsrael Kats "yaxın vaxtlarda bu məsələ ilə bağlı əlavə qərarlar qəbul edəcək.

İsrailin “Kan” dövlət televiziya və radio korporasiyasının məlumatına görə, İsrail əvvəlcə "Madlin" gəmisinin Qəzzaya gəlməsinə icazə vermək imkanını nəzərdən keçirib.

“The Jerusalem Post”un qeyd etdiyi kimi, belə olan halda fələstinpərəst fəallar "Qəzza zolağında ilişib qalardılar" ki, bu da zolağın dəniz blokadasını poza biləcək presedent yarada bilərdi. Bununla əlaqədar İsrail hərbçiləri "Madlin"in Fələstin anklavının sahillərinə yaxınlaşmasına icazə verməmək qərarına gəliblər.

"Azadlıq flotiliyası" koalisiyasına aid olan "Madlin" gəmisi iyunun 1-də Siciliyadan yola düşüb və Qəzza zolağına uşaq qidası, uşaq bezləri, un, düyü, su filtrləri, gigiyena vasitələri və tibbi avadanlıqlardan ibarət humanitar yardım aparır.

"Cebheinfo.az"