DGK xətti ilə büdcə daxilolmaları 4 % artıb

2025-ci ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 589,5 milyon manat təşkil edib.
“APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, gömrük daxilolmaları 2,5 milyon manat və ya 0,1 faiz çox icra edilib.
Qeyd edək ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur.
Xatırladaq ki, bu il DGK xətti ilə büdcəyə 6,6 milyard manat vəsait köçürülməsi nəzərdə tutulub.
"Cebheinfo.az"