Mask indi də pulunu onlara XƏRCLƏYƏCƏK

ABŞ Prezidenti Donald Trampla mübahisədən sonra amerikalı iş adamı İlon Mask hər yolu sınamağa və lazım gələrsə, demokratları dəstəkləməyə hazırdır.
“Cebheinfo.az” xxəbər verir ki, Bu barədə NBC telekanalı anonim qalmaq istədiyini bildirən iş adamının məsləhətçisinə istinadən məlumat yayıb.
Mask bir neçə ay əvvəl siyasi fəaliyyətlərə 100 milyon dollar xərcləyəcəyini və bu vəsaiti Trampla əlaqəli təşkilatlara köçürməyi planlaşdırdığını açıqlamışdı:
“Ancaq pul heç vaxt gəlmədi, çünki yoxdur”.
"O, Respublikaçılar, RNC (Respublika Milli Komitəsi), Nümayəndələr Palatasındakı yerlər və sairə ilə maraqlanmır. O, onları məhv edəcək", - biznesmenin müşaviri vurğulayıb.
O, Respublikaçılar Partiyasının ABŞ Konqresinin aşağı palatasına keçiriləcək növbəti seçkilərdə uduzacağına əminliyini ifadə edib. Eyni zamanda, böyük ehtimalla Senatda liderliyini qoruyub saxlayacaq.
“Ancaq Maskın bütün bu partiya cəfəngiyyatları heç vecinə də deyil”, - mənbə əlavə edib.
Jurnalistlərin qeyd etdiyi kimi, respublikaçılar indi bir neçə şeydən ehtiyatlı olmalıdırlar. Bunlardan biri də demokratların iş adamından mümkün maliyyə dəstəyidir.
Xəzər
“Cebheinfo.az”