Yamal Pelenin rekordunu təkrarlayıb

İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal əfsanəvi braziliyalı hücumçu Pelenin rekordunu təkrarlayıb.
Oxu.Az "Championat" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı istedad 18 yaşı tamam olmamış Fransa millisinin qapısına üç qol vuran ikinci futbolçu kimi tarixə düşüb.
L.Yamaldan əvvəl yalnız Pele 1958-ci ildə 17 yaşında İsveçdə Braziliya və Fransa arasında keçirilən dünya çempionatının yarımfinalında (5:2) het-trik edərək, 18 yaşına qədər fransızlara qarşı matçlarda üç dəfə fərqlənə bilmişdi.
Xatırladaq ki, İspaniya ilə Fransa UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə üz-üzə gəliblər. Ştutqartda keçirilən oyunda ispanlar 5:4 hesabı ilə fransızları məğlub edərək finala adlayıblar.
"Cebheinfo.az"