Nihad Aslanovla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinə bundan əvvəl də daxil olmuş vətəndaş müraciəti əsasında “Mayomed” özəl tibb müəssisəsində tibb təhsili olmayan Nihad Aslanov tərəfindən göstərilən kosmetoloji tibbi xidmətlə bağlı araşdırma aparılıb.
Bu barədə AEM-dən məlumat verilib.
Bildirilib ki, klinika inzibati qaydada məsuliyyətə cəlb olunub. Aparılan yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib və cərimələr tətbiq olunub. Daha sonra klinika tərəfindən Nihad Aslanovun həmin müəssisədə əmək fəaliyyətində olmadığı barədə rəsmi məlumat təqdim edilib.
Yeni yayılan videogörüntülərdə əks olunan qanun pozuntusu və Nihad Aslanov barəsində müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət ediləcək.Qeyd edək ki, iddiaya görə, özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanov Bakıda yerləşən “MayoMed” klinikasında çalışır, amma onun tibb sahəsi üzrə heç bir təhsili yoxdur.
"Cebheinfo.az"