Paşinyan yenə hücuma keçdi: “Qaregin özü aydınlıq gətirsin ki, övladı varmı?”

Paşinyan yenə hücuma keçdi: “Qaregin özü aydınlıq gətirsin ki, övladı varmı?”

Baş nazir Nikol Paşinyan yenə də kilsəni hədəfə alıb. 

“Cebheinfo.az” xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Qoy, II Qareginin özü aydınlıq gətirsin ki, o, subaylıq andını pozubmu? Övladı varmı?”

O, sözlərinə belə davam edib:

“Məncə, bütün ermənilərin katolikosu toxunulmaz hakimiyyət, ədalətin sarsılmaz müdafiəçisi və qeyd-şərtsiz həqiqət mənbəyidir.
İnana bilmirəm ki, katolikos həqiqəti gizlədə bilər və ya onun ağzından həqiqətə zidd nəsə çıxa bilər.Qoy, II Qaregin subaylıq andını pozub-pozmadığını, həqiqətən də övladı olub-olmadığını şəxsən desin”.

Xəzər
“Cebheinfo.az”