Dünya ulduzu türk klubunu məhkəməyə verdi: QAZANDI

Dünya ulduzu türk klubunu məhkəməyə verdi: QAZANDI

Dünyaca məşhur futbolçu Mario Balotelli Türkiyənin “Adana Demirspor” klubunu məhkəməyə verib.

“Cebheinfo.az” xəbər verir ki, hücumçu maaşının ödənilmədiyini bildirib.

Belə ki, 2021-2022 və 2023-2024-cü illər mövsümündə iki fərqli dönəmdə Adana təmsilçisində çıxış edən futbolçuya 3 milyon 150 min avro ödəniləcək.

Qeyd edək ki, Balotelli “Adana Demirspor”da meydana çıxdığı 51 matçda 26 qol vurub, 8 məhsuldar ötürmə edib. 34 yaşlı futbolçunun hazırkı dəyəri 460 min avrodur.

Elmir
“Cebheinfo.az”