QHT layihəsinin yekun tədbirini keçirib- FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il kiçik qrant müsabiqəsi çərçivəsində “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 03 iyun 2025-ci il tarixində Maştağa qəsəbəsi K.Məmmədov adına 209 № li tam orta məktəbdə “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin yekun tədbirini təşkil etmişdir.
"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, bu barədə layihənin rəhbəri Namiq Nəcəfov məlumat verib. Onun sözlərinə görə, “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 03 iyun 2025-ci il tarixində Maştağa qəsəbəsi K.Məmmədov adına 209 № li tam orta məktəbin pedaqoji kollektivinin və 30 nəfər şagird kontingüntinin iştirakı ilə “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin yekun tədbirini keçirmişdir.
Tədbirin təşkili üçün məktəbin Akt zalında xüsusi hazırlıq işləri görülmüşdü. Layihənin rolapı qurulmuş, masaların üstünə yol hərəkətinin təhlükəsizliyinə dair yol nişanları düzülmüş, xüsusi turacaqlarda məlumat daşıyıcıları və layihənin loqolu,təsvirli atributları qoyulmuşdu. “Oriqami” təşkilatı layihəyə qoşulmuş 15 qız və15 nəfər oğlan ,cəmi 30 nəfər şagirdin rəğbətləndirilməsi məqsədi ilə 30 dəst loqolu,təsvirli xüsusi dəst, tərkibində - loqolu papaq və loqolu,təsvirli qısaqol köynək, loqolu təsvirli iştirakçı Sertifikatlı, loqolu, təsvirli Poster, vımpel, loqolu, təsvirli 30 ədəd hədiyyə çantaları hazırlamışdı.
“Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin yekun tədbirində, praftik olaraq piyada mədəniyyətinin aşılanması prosesində şagirdlərin aldıqları yeni məlumatlar, yol hərəkətinin təhlükəsizlik qaydalarına dair nəzəri biliklər,yolda, piyada zolaqlarından düzgün istifadə davranışı, yolu keçərkən təhlükəsiz davranış qaydalarının nümayişi məqsədi ilə “ Oriqami” uşaq birliyi Akt zalının mərkəzində “ 4 yol ayrıcı“ dekorasiyasını qurmuşdu. Burada 4 işıqfor yerləşdirilmiş, piyadalar üçün 4 keçid zolağı salınmışdı. 4 tərəfdən yol ayrıcını səkilər əhatə edir və yolun hüdudlarını göstərirdi.
" 4 yol ayrıcı“ na xüsusi aşırma geyimlərdən istifadə edən uşaqların cəlb olunması prosesi canlandırır və maraqlı oyun əsnasında iştirakçılara yol hərəkətinin təhlükəsizlik qaydalarını nümayiş etditrməyə imkan yaradırdı. 30 nəfər məktəblinin həb biri, bilavasitə, prosesə cəlb olunmuşdular. Onlar , həm piyadalar rolunda, həm də xüsusi geyimləri ilə - üzərində çəkilmiş gösrtəricilərlə - "yol patrul xidmətinin əməkdaşı”, ”tramvay”, “tpoleybüs”, “avtobus”, ”minik maşını”, ”yanğından mühafizə avtomobilı”,”taksi”, “yük maşını”, ”təcili yardım” biri birindən fərqlənsələr də, ümumi yol hərəkəti prosesinin,piyada mədəniyyətinin formalaşmasında fəal iştirakçılara çevrilmişdilər.
“Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” lyekun tədbiri saat 12-00 da başladı. Layihənin rəhbəri N.Nəcəfov tədbirə toplaşanları salamladı, “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin məktəblilər üçün fərdi təhlükəsizlik baxımından böyük əhəmiyyətini qeyd etdi. Sonra “4 yol ayrıcı“ dekorasiyası üzərində şagirdlərin iştirakı ilə rollu, situativ oyun keçirildi. 30 şagird layihə nətiçəsində əldə etdikləri bilikləri, qazandıqları düzgün, təhlükəsiz davranış qaydalarını əyani olaraq bacarıqla nümayiş etdirdilər.
Layihənin yekun tədbirində iştirak edən K.Məmmədov adına 209 № li tam orta məktəbin direktoru Səbahət Ağayeva şagirdlərin piyada mədəniyyətinə yiyələnmələri istiqamətində nümayiş etdirdikləri təhlükəsiz davranış qaydalarını, onların uğuru kimi qeyd etdi və məktəbliləri təbrik etdi. Yekun tədbirdə məktəbin UBRT Təranə Əliyeva, Psixoloq Sevinc Muradova hər bir şagirdə Sertifikat, Hədiyyə çantası, xüsusi geyim dəsti təqdim etdilər. K.Məmmədov adına 209 № li tam orta məktəbə layihənin Posteri və Vımpel təqdim olundu.
Tədbir şagirdlərdə çöşqun əhval-ruhiyyə yaratdı, onlar razılıqlarını bildirdilər. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsi məktəblilərdə məmnunluq doğurdu. Oğlan və qızlar yeni layihələrdə iştirak etmək arzularını bildirdilər.
"Cebheinfo.az"