Müalicə üçün xaricə gedən qadının ayağı qopdu: Oğlundan açıqlama

Müalicə üçün xaricə gedən qadının ayağı qopdu: Oğlundan açıqlama

“Facebook”-da Avropa Azərbaycanlıları (European Azerbaijanis) sosial media qrupunda yayılan məlumata görə, Belqradda azərbaycanlı qadını avtomobil vurub. 

Paylaşımda bildirilib ki, hadisə nəticəsində onun ayağı qopub, baş və çənə nahiyəsindən isə ciddi travmalar alıb. Həmçinin, qadının ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi və 21 yaşlı oğlu Elmirin isə küçədə qalmaq məcburiyyətində olduğu qeyd olunub. Bildirilib ki, hadisə baş verən gün 28 May bayramıyla əlaqədar səfirliklə əlaqə qurmaqda çətinlik yaşanıb. Orada yaşayan azərbaycanlılardan yardım istənilib. 

"Cebheinfo.az" qadının oğlu, 21 yaşlı Elmir Bayramlı ilə əlaqə saxlayaraq vəziyyətlə maraqlanıb. Onun sözlərinə görə, anası Lamiyə Salmanovanın həyati təhlükəsi hələ də var: 

"Bura birinci dəfə gəlirdik. Anamı müayinə üçün həkimə gətirmişdik. Anamın həyati təhlükəsi hələ də qalmaqdadır. Bir ayağı yoxdur, amputasiya olunub. Gələcəkdə bəlkə protez vasitəsilə yeriyə bilər. 

Qəza şəhər kənarında baş verdi. Sürücü hardasa 120-130 sürətlə gəlirdi. Qəza baş verəndə 15-20 dəqiqə sonra hadisə yerinə polis və təcili tibbi yardım gəldi. 28 May – Müstəqillik Günü gecə səfirliyə zəng etdik, amma bayram olduğuna görə cavab verən olmadı. Amma səhərisi gün mənimlə əlaqə saxladılar. 

Səfirliyin əməkdaşları gəldi, tərcüməçi ayırdılar, həkimlərlə əlaqə yaratdılar. Həkimlər də bildirirlər ki, səfirlik daim məlumatlandırılmalıdır. Əgər hər hansı bir problem olsa, ilk olaraq səfirliyə xəbər veriləcək". 

O bilirib ki, Belqrad şəhərində yaşayan azərbaycanlılardan yox, amma digər şəhərlərdən gələn soydaşlarımız kömək göstəriblər. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”