“Mən belə bir aktyor tanımıram”: Füzuli Hüseynovdan sərt reaksiya

“Mən belə bir aktyor tanımıram”: Füzuli Hüseynovdan sərt reaksiya

Əməkdar artist Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən kənarlaşdırılması və ona töhmət verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

"Cebheinfo.az" xəbər verir ki, F.Hüseynov Oxu.az-a açıqlamasında teatr rəhbərliyinin qərarından xəbərsiz olduğunu deyib:

“Müdiriyyət necə məsləhət bilirsə, elə də edir. Burada nə var ki? İşə gedim, yəqin, bildirərlər. İşçiyə töhmət verərlər də”.

F.Hüseynov, həmçinin aktyor Əli Nurla aralarında yaşandığı deyilən dava və onun hüquq-mühafizə orqanlarına müraciəti məsələsinə də münasibət bildirib:

“Mən belə bir aktyor tanımıram. Hara istəyir, ora şikayət etsin. Mənim üçün həmin adam maraqlı deyil”.

Xatırladaq ki, Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad olunub və ona töhmət verilib.

Teatrın yaydığı məlumatda bildirilib ki, bu qərar Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə ilə əlaqədardır.

Qeyd olunub ki, bu addım gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün atılıb.

"Cebheinfo.az"