Gənc dəm qazından boğularaq ölüb

Gənc  dəm qazından boğularaq ölüb

Xaçmaz şəhərində 20 yaşlı gənc dəm qazından boğularaq ölüb.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Sara Xatun küçəsində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Rəhmanov Ayxan Rəşid oğlunun meyiti yaşadığı evin mətbəxində aşkarlanıb.

İlkin ehtimala görə, o, dəm qazından boğularaq ölüb.

A.Rəhmanovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

“Cebheinfo.az”