Məzunlar 45 ildən sonra görüşdü - FOTOLAR

Mingəçevir şəhəri 1 nömrəli məktəbinin 1980-ci il “10q” sinfinin məzunları 45 ildən sonra görüşüblər.
“Cebheinfo.az”-a bu haqda həmin dövrün məzunlarından olan "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova məlumat verib.
“28 şagirdin təhsil aldığı bu sinif o zaman Mingəçevir şəhərində pilot layihə olaraq fizika və riyaziyyat təmayüllü kimi təşkil olunub. Sinifin rəhbəri respublikanın əməkdar müəllimi, mərhum Kərimə Əliyeva olub. Son dərəcə şagirdlərinə qarşı nəcib olduğu qədər də tələbkar olan müəllimlərini şagirdləri çox seviblər.
Sevincli və həyacanlı görüş məktəbin qarşısında məktəb illərindəki kimi bir yerə toplamaqla baş tutdu. Zarafatlar, keçmiş xatirələr biri birini əvəz etdi. Onlar məktəblərini, eyni zamanda siniflərini ziyarət etdikdən sonra müəllimlərinin və dünyalarını dəyişmiş sinif yoldaşlarının qəbrlərini də ziyarət etdilər. Görüş Mingəçevirin ən səfalı yeri olan Kür çayının qırağında gəzinti və çayın üzərində gəmi gəzintisi ilə davam etdi”-deyə, bildirilib.
Görüş iştirakçıları Kür çayının Mingəçevir hissəsində yerləşən kiçik adalar, əsasən də müxtəlif növ quşların məskən saldıqları quş adasının onları valeh etdiyini deyib.
"Gəmidə çay süfrəsi ətrafındakı söhbətlər, gülüş sədaları, zarafatlar, məzunların nə qədər xoşbəxtlik hissləri keçirdikləfindən xəbər verirdi. Gəzintidən sonra 45 ildən sonra görüşən məzunlar şəhərin mənzərəli yerində yerləşən istirahət mərkəzlərindən birində onlara dərs deyən 2 müəllimləri ilə birlikdə yemək süfrəsi arxasında musiqi sədaları altında şirin söhbətlər, müəllimləri ilə bağlı ən xoş xatirələri dilə gətirdilər, rəqs etdilər. Səmimi görüşün sonunda üzərində hər bir şagirdin adı yazılmış tort kəsilərək şirin notlarla yenidən görüşmək ümidilə biri birinə xoş arzularını çatdırdılar"-deyə, görüş haqqında verilən məlumatda qeyd olunub.
“Cebheinfo.az”