Ötən ay bu qədər ərazi minadan təmizlənib - FOTO

Ötən ay bu qədər ərazi minadan təmizlənib - FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən may ayında icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 321, tank əleyhinə 154 mina və 1991 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay 7440, 2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

"Cebheinfo.az"