Araz Musayevin bıçaqlanmasını Adil Əliyev sifariş edib? - Özü DANIŞDI

Araz Musayevin bıçaqlanmasını Adil Əliyev sifariş edib? - Özü DANIŞDI

Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin Türkiyədə bıçaqlanması ilə bağlı müxtəlif versiyalar səsləndirilir.

Sosial şəbəkələrdə və bəzi media quruluşlarında bu olayın arxasında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin dayandığı iddia olunur.

"Cebheinfo.az" xəbər verir ki, gununsesi.info-nun sorğusunu cavablandıran Adil Əliyev barəsində səsləndirilən iddiaları cəfəngiyyat adlandırıb:

Mənasız cəfəngiyyatlar danışırlar. Boş-boş söhbətlərdir. Mənim bu hadisəyə hər hansı bir bağlılığım yoxdur. Hamı kimi mən də mediadan oxumuşam. Ümumiyyətlə, hər zaman mənim haqqımda uydurmalar olur, ona görə də bunlara əhəmiyyət vermirəm”.

"Cebheinfo.az"