Bakıda ölümlə nəticələnən qəza olub

Bakıda ölümlə nəticələnən qəza olub

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Bakı Kənar Dairəvi yolunda qeydə alınıb.

Kənan Rahin oğlu Məmmədov idarə etdiyi "Chevrolet Cobalt" markalı avtomobillə Badamdar qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada, 1987-ci il təvəllüdlü Ruslan Fərman oğlu Mirzəyevi vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

"Cebheinfo.az"