“İşçilərimizin çoxu keçmiş məcburi köçkünlərdir”

“İşçilərimizin çoxu keçmiş məcburi köçkünlərdir”

“ADSEA-nın Qarabağ Su Regional İdarəsinin işçilərinin çoxu keçmiş məcburi köçkünlərdir”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Xankəndiyə mediaturu çərçivəsində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib.

“İşçilərin çoxu məcburi köçkünlərdir, xüsusilə də xankəndlidir. Xankəndidə dünyaya ilk gələn körpə də ADSEA-nın Qarabağ Su Regional İdarəsinin İstehsalat şöbəsinin mütəxəssisi Səadət Namazlının övladı idi”, - deyə o bildirib.

"Cebheinfo.az"