Tramp İranla bağlı köməkçilərinə deyib ki...
ABŞ Prezidenti Donald Tramp köməkçilərinə yalnız Amerika qoşunları öldürüldüyü təqdirdə İranla mövcud atəşkəsdən imtina edəcəyinə söz verib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.
Nəşr ABŞ rəsmilərinə istinadən belə yazır: "Prezident köməkçilərinə gizli şəkildə bildirib ki, Tehran Amerika qoşunlarını öldürərsə, İranla atəşkəsə son qoymağı düşünə bilər".
"The Wall Street Journal"ın mənbələri vurğulayırlar ki, davam edən toqquşmalara baxmayaraq, atəşkəs qüvvədə qalır.
Qəzet qeyd edir ki, Trampın hərbi əməliyyatları bərpa etmək istəməməsi "Yaxın Şərqdə daha böyük bir münaqişənin qarşısını almaq üçün həftələr və ya hətta aylar ərzində kiçik alovlanmalara dözməyə hazır ola biləcəyini" göstərir.
Xatırladaq ki, çərşənbə axşamı Tramp münaqişənin həlli üçün İranla danışıqların gedişatından məmnun olduğunu bildirib. O, Ağ Evdə jurnalistlərə bildirib ki, hər şey yaxşı gedir.
Razılıq şanslarından danışan Amerika Prezidenti həm müsbət, həm də mənfi ssenariləri istisna etməyib. "Bəlkə də heç nə baş verməyəcək. Yaxud bəlkə də hər şey uğurlu olacaq və sonra bu həftənin sonuna qədər uğur şansı var", - o deyib.
Trampın sözlərinə görə, İran nəzəri olaraq saziş imzalamağa yaxındır.
Xəzər
“Cebheinfo.az”

