İsrail və Livan atəşkəs barədə razılığa gəlib
İsrail və Livan “Hizbullah” hücumlarının tamamilə dayandırılması şərti ilə atəşkəs barədə razılığa gəliblər.
“Cebheinfo.az” xəbər verir ki, danışıqlar ABŞ Dövlət Departamentinin vasitəçiliyi ilə iki ölkə arasında aparılan danışıqlardan sonra əldə edilib.
Dövlət Departamentinin açıqlamasında deyilir: "ABŞ-ın rəhbərlik etdiyi danışıqlar nəticəsində İsrail və Livan atəşkəs barədə razılığa gəliblər. Bu, “Hizbullah”ın tam atəşkəs elan etməsi və bütün Hizbullah döyüşçülərinin Litani çayının cənubundakı ərazidən təxliyə edilməsindən asılıdır".
Tərəflər, həmçinin tamamilə Livan qüvvələri tərəfindən idarə olunacaq pilot zonaların yaradılması barədə razılığa gəliblər.
ABŞ Dövlət Departamenti bildirib ki, İsrail və Livan bir-birinə qarşı düşmənçilik niyyətlərinin olmadığını təsdiqləyiblər və etimad yaratmaq, bütün həll olunmamış məsələləri həll etmək və iki ölkə arasında hərtərəfli razılaşmaya doğru işləmək üçün birbaşa danışıqları davam etdirməyə sadiqdirlər.
Tərəflər bildiriblər ki, İsrail və Livan "hərtərəfli razılaşmaya nail olmaq məqsədi ilə 22 iyundan başlayan həftə ərzində siyasi və təhlükəsizlik müzakirələrini bərpa etmək" barədə razılığa gəliblər.
ABŞ, həmçinin aralıq dövrdə tərəflər arasında təmasları asanlaşdırmağa razılaşıblar.
Livan və İsrail aprel ayında atəşkəs barədə razılığa gəliblər. Livan ordusu İsraillə münaqişədə iştirak etməyib. Döyüş atəşkəs razılaşmasının tərəfi olmayan “Hizbullah” tərəfindən həyata keçirilib.
Xəzər
“Cebheinfo.az”

