Ermənistan-Amerika birgə şirkət yaratdı: TRIPP-lə bağlı

Ermənistan-Amerika birgə şirkət yaratdı: TRIPP-lə bağlı

ABŞ-da TRIPP şirkətinin yaradılması təsdiqlənib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının Direktorlar Şurası iyunun 3-də bir sıra yeni strateji investisiyaları, o cümlədən ticarət, nəqliyyat, iqtisadi inkişaf və regional qarşılıqlı əlaqəni dəstəkləmək məqsədi daşıyan TRIPP-in inkişaf şirkəti - Ermənistan-Amerika birgə müəssisəsinin yaradılmasını təsdiqləyib.

Korporasiyaya görə, şirkət dəmir yolları, yollar, boru kəmərləri və s. daxil olmaqla əsas infrastruktur proqramlarının həyata keçirilməsinə dəstək verəcək.

"Cebheinfo.az"