Şirvanda VAZ-2106 yük maşını ilə toqquşub - VİDEO

Şirvanda VAZ-2106 yük maşını ilə toqquşub - VİDEO

Şirvan şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.

Oxu.Az xəbər verir ki, qəza ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, avtoqəza ötən gün axşam saatlarında baş verib. Belə ki, saman daşıyan QAZ-54 markalı yük avtomobili ilə VAZ-2106 markalı minik maşını toqquşublar.

VAZ-2106 markalı avtomobilə ciddi ziyan dəyib, yararsız hala düşüb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım xidməti cəlb olunub.

Qəza nəticəsində xəsarət alan və ya həyatını itirən şəxslərin olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.

Hadisənin təfərrüatı ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

"Cebheinfo.az"