İrana qarşı hərbi əməliyyatlara “yox” dedilər
ABŞ Nümayəndələr Palatası Prezident Donald Tramp administrasiyasının İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmağı nəzərdə tutan “Müharibə səlahiyyətləri” qanun layihəsini təsdiqləyib.
"Cebheinfo.az" xəbər verir ki, respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasında keçirilən səsvermədə qanun layihəsi 215 lehinə, 208 əleyhinə səslə qəbul olunub.
Səsvermə zamanı demokratlarla yanaşı, dörd respublikaçı konqresmen də qanun layihəsini dəstəkləyib. Qanun layihəsinin lehinə səs verən respublikaçı konqresmenlər Tomas Massi, Brayan Fitspatrik, Tom Barret və Uorren Devidson olublar.
ABŞ Senatında müzakirəyə çıxarılan oxşar “Müharibə səlahiyyətləri” layihəsi də yekun səsvermədən əvvəl Senatın plenar iclasının gündəliyinə daxil edilməsi üçün keçirilən səsvermədən keçib. Sənəd Senatda da təsdiqlənərsə, Prezident Donald Trampın imzası üçün Ağ Evə göndəriləcək.
Lakin Vaşinqtondakı bəzi siyasi şərhçilər hesab edirlər ki, Trampın belə bir qanun layihəsinə veto qoyacaq.
Nigar Hacılı
"Cebheinfo.az"

