Avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsi üçün rüsum müəyyənləşir
Avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsi üçün rüsum müəyyənləşir.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsi üçün 20 manat dövlət rüsumu alınacaq.
"Cebheinfo.az"

