300 mindən çox şagird monitorinqə cəlb edilib

300 mindən çox şagird monitorinqə cəlb edilib

Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə ümumilikdə 300 mindən çox 4-cü və 6-cı sinif şagirdləri arasında monitorinq həyata keçiriləcək. 

“Cebheinfo.az” xəbər verir ki, 5-6 iyun tarixlərində ümumilikdə 13 552 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.

Bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar daxil ediləcək. 

Qeyd edək ki, monitorinqlər şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsinə xidmət edəcək.

Nigar
“Cebheinfo.az”