Harri ilə Meqanın qızı 5 yaşında - FOTOLAR

Harri ilə Meqanın qızı 5 yaşında - FOTOLAR

Sasseks hersoqu və hersoqinyası Harri və xanımı Meqan Marklın qızı Lilibetin 5 yaşı tamam olub.

"Cebheinfo.az" xəbər verir ki, bu münasibətlə Meqan sosial media hesabında paylaşım edib. 

Meqan ailə fotolarını izləyiciləri ilə bölüşərək "Xəyalımızdakı qız. Beşinci doğum günün mübarək, Lili" deyə, yazıb.

Qeyd edək ki, kral ailəsi ilə münasibəti yaxşı olmayan Harri və Meqan 2020-ci ildə ABŞ-də yaşayır. Cütlüyün 2 övladı var. (Axşam.az)

"Cebheinfo.az"