Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Bakı Limanında bu ilin may ayında 812 min tondan çox yük aşırılıb.

“APA-Economics” "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünün göstəricisini 11 faiz üstələyib.

Bu ilin yanvar-may aylarında limanda aşırılmış TEU konteyner yükü isə 50 min TEU-nu ötüb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artım deməkdir.

"Cebheinfo.az"