Narkotik daşıyan qayıq vuruldu
ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik daşıdığı iddia edilən qayığa qarşı əməliyyat keçirdiyini və nəticədə 2 nəfərin öldüyünü açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Cənub Komandanlığının (SOUTHCOM) “X” sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat iyunun 3-də həyata keçirilib.
Bildirilib ki, “cinayətkar qruplar tərəfindən idarə olunduğu” iddia edilən qayığa qarşı zərbə endirilib. Kəşfiyyat məlumatlarının həmin gəminin Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı fəaliyyəti ilə məşğul olduğunu təsdiqlədiyi irəli sürülüb.
Əməliyyat nəticəsində 2 nəfərin öldüyü, ABŞ hərbçiləri arasında isə xəsarət alan olmadığı qeyd edilib.ABŞ ordusunun son dövrlərdə Karib hövzəsi və Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduqları iddia edilən bəzi qayıqları və onların göyərtəsində olan şəxsləri birbaşa hədəfə alması beynəlxalq ictimaiyyətdə mübahisələrə səbəb olub.
Bir sıra hüquq müdafiəçiləri və ekspertlər bu cür əməliyyatların “məhkəməsiz edam” xarakteri daşıya biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər.
Nigar Hacılı
"Cebheinfo.az"

