Ermənistanda 50 ünvanda "pulyuyanlar" axtarılır

Ermənistanda 50 ünvanda "pulyuyanlar" axtarılır

Gümrü şəhərində Daşnaksütyun Partiyasının ofisində və təşkilat üzvlərinin evlərində axtarışlar aparılır.

Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə parlament üzvü və "Ermənistan" blokundan deputatlığa namizəd İşxan Saqatelyan sosial şəbəkə hesabında məlumat verib.

12:08

Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işi üzrə istintaq çərçivəsində 50-dən çox ünvanda axtarış aparırlar.

Oxu.Az sözügedən ölkənin mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, istintaq hərəkətləri xüsusilə külli miqdarda çirkli pulların yuyulması və qanunsuz maddi mükafatlandırma işi ilə bağlıdır.

Komitə hələlik başqa heç bir təfərrüat açıqlamayıb.

"Cebheinfo.az"