"Sabah" kapitanı Amin Seydiyevlə yolları ayırıb

"Sabah" kapitanı Amin Seydiyevlə yolları ayırıb

"Sabah" kapitanı Amin Seydiyevlə yolları ayırıb.

Bu barədə Bakı klubunun mətbuat xidmətindən bildirlib.

27 yaşlı müdafiəçinin müqaviləsinin müddəti yenilənməyib. Seydiyev komandada meydana çıxdığı 186 oyunda 7 qola imza atıb.

"Sabah"ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə Kubokunu qazanan milli üzvü klub tarixində ən çox oyun keçirmiş futbolçudur.

Qeyd edək ki, Amin Seydiyev 2020-ci ildən "Sabah"da oynayırdı.

"Cebheinfo.az"