“Meta”nı məhkəməyə verdi

Məşhur reper Eminem instaqram, feysbuk sosial şəbəkələri, eləcə də votsap messencerinin sahibi “Meta” şirkətini məhkəməyə verib.
“Qafqazinfo” “The Wrap” portalına istinadən xəbər verir ki, müğənni şirkəti doğru lisenziya olmadan onun mahnılarından istifadə etməkdə ittiham edib.
Eminem dəymiş zərərin qarşılanması üçün bir mahnıya görə 150 min dollar tələb edir, ümumi məbləğ isə 1 milyon dollardan çox təşkil edir.
Məhkəməyə ünvanlanmış müraciətdə qeyd olunub ki, reperin mahnıları şirkətin “musiqi kitabxanasında” istifadəçilər üçün əlçatan olub, nəticədə sosial şəbəkə istifadəçiləri həmin mahnıları yaratdıqları videolarda istifadə ediblər.
"Cebheinfo.az"