Brüsseldə NATO-ya üzv ölkələrinin müdafiə nazirlərinin iclası keçirilir

Brüsseldə NATO-ya üzv ölkələrinin müdafiə nazirlərinin iclası keçirilir

Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda iyunun 24-25-də Haaqada keçiriləcək NATO Sammitinə qədər müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı son hazırlıqlar müzakirə olunur. Gündəmin əsas mövzularından biri NATO-nun şərq sərhədlərinin müdafiəsi üçün yeni hərbi planların razılaşdırılmasıdır.

ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü və bəzi üzv ölkələrin dəstəklədiyi müdafiə xərclərinin ümumi daxili məhsulun (ÜDM) 5 faizinə qədər artırılması təklifi də geniş müzakirə edilir. Hazırda qüvvədə olan 2 faiz hədəfinə hələ də tam əməl etməyən ölkələrin mövcudluğu fonunda bu təşəbbüs ambisiyalı hesab olunur.

NATO-nun Baş katibi Mark Rutte əvvəlki açıqlamalarında bu təklifin zəruriliyinə dair mövqe nümayiş etdirib. Təklifə əsasən 3,5 faiz bilavasitə əsas hərbi xərclər - silahlanma, sursat və hərbçilərin maaşları, 1,5 faiz isə zəruri infrastruktur obyektlərinin, o cümlədən körpü və yolların inşası və yenilənməsi üçün nəzərdə tutulur.

Bundan başqa, iclasda hava hücumundan müdafiə, logistik imkanlar, uzaqmənzilli silah sistemləri və pilotsuz uçuş aparatlarının rolu da diqqət mərkəzindədir.

"Cebheinfo.az"