Diktatordan Putinə qeyd-şərtsiz DƏSTƏK

Şimali Koreya lideri Kim Çen In Ukrayna müharibəsi də daxil olmaqla, bütün əsas beynəlxalq siyasi məsələlərdə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcəyini bəyan edib.
"Cebheinfo.az" xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Şimali Koreyanın paytaxtı Pxenyana səfəri ilə bağlı açıqlama verib. Məlumatda deyilir ki, tərəflər hərtərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın artırılmasını müzakirə ediblər.
Görüş zamanı Kim bildirib ki, Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, bütün əsas beynəlxalq siyasi məsələlərdə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcək. Şimali Koreya lideri Kim dünən Pxenyanda Şoyqunu qəbul edib. Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən verilən açıqlamada tərəflərin Rusiya ilə Şimali Koreya arasında ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq məsələləri də müzakirə etdiyi bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"