Tramp - Mask qalmaqalına gülürlər: Emojilər havada uçuşur

ABŞ-nin vitse-prezidenti Vens zarafatla Donald Tramp və Elon Mask arasında yaranan mübahisəyə münasibət bildirib.
O, ironik şəkildə 5 iyun tarixini “xəbərsiz gün” adlandırıb.
“Cebheinfo.az” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində bloqer Teo Vonqla fotosunu paylaşaraq yazıb.
Mask bu yazıya gülən emoji ilə cavab verib.
Daha sonra Vens növbəti yazısında hələ də Trampı dəstəklədiyinə aydınlıq gətirib və qeyd edib ki, keçmiş prezident tərəfdarlarının etimadını qazanmaq üçün hamıdan çox iş görüb. O, Trampın yanında olmaqdan qürur duyduğunu da vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və sahibkar İlon Mask arasında qalmaqal və iş adamının Ağ Evi tərk etmək qərarı ilə bağlı ictimai mübahisə yaranıb.
Bundan bir qədər əvvəl Tramp Almaniya kansleri Fridrix Merzlə görüşündə Ağ Ev administrasiyasını tənqid edən Muskın sözlərindən məyus olduğunu bildirib. Amerika Prezidenti iş adamı üçün çox işlər gördüyünü qeyd edib və keçmişdə yaxşı münasibətdə olduqlarını xatırladıb: “Lakin indi bunun doğru olub-olmadığını bilmirəm”.
Bu açıqlamaya səbəb Maskın “X” sosial şəbəkəsində Trampın federal xərclərin azaldılmasına yönəlmiş “Bir, Böyük, Gözəl” adlı qanun layihəsini sərt tənqid etməsi olub. İş adamı bunu “iyrənc iyrənclik” adlandırıb və buna səs verən Konqres üzvlərini pisləyib.
Xəzər
“Cebheinfo.az”