AMB-nin valyuta ehtiyatlarının strukturu açıqlanıb

AMB-nin valyuta ehtiyatlarının strukturu açıqlanıb

2024-cü ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının 87%-ni ABŞ dolları, 3%-ni avro, 2%-ni Çin yuanı, 1%-ni İngiltərə funt-sterlinqi, 7%-ni isə XBH (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil edib.

Bu barədə “APA-Economics” AMB-nin illik hesabatına istinadən xəbər verir.

Qeyd edilib ki, valyuta ehtiyatları il ərzində Mərkəzi Bankın pul siyasətinin dəstəklənməsinə xidmət edən əməliyyat tranşı və gəlirliliyin artırılması məqsədilə saxlanılan investisiya tranşına bölünməklə idarə edilib, alternativ valyutalara investisiya edilməsi istiqamətində işlər aparılıb.

"Cebheinfo.az"