Ali Koç PSJ-dən iki futbolçu istədi

“Fənərbaxça”nın prezidenti Ali Koç növbəti mövsümdə PSJ-dən futbolçu almağı planlaşdırır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Belə ki, A. Koç Fransa klubunun sahibi olan dostu Nasser Əl-Xelaifidən Randal Kolo Muano və Qonçalo Ramosu istəyib.
PSJ rəhbərinin İstanbul təmsilçisinə müsbət cavab verdiyi bildirilir.
"Cebheinfo.az"