Rusiya “The British Council”ın ölkədə fəaliyyətini “arzuolunmaz” elan etdi

Rusiya “The British Council”ın ölkədə fəaliyyətini “arzuolunmaz” elan etdi

Rusiyanın Baş prokurorluğu ölkədə “The British Council”ın (Britaniya Şurası) fəaliyyətini “arzuolunmaz” elan edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumat Rusiyanın Baş prokurorluğunun saytında yer alıb. 

“Şura təhsil və mədəni fəaliyyət adı altında təhsil, mədəniyyət və gənclər siyasəti sahəsində Britaniyanın uzunmüddətli maraqlarını və dəyərlərini, eləcə də LGBT-ni təbliğ edir”, - deyə məlumatda qeyd olunub.

Onu da qeyd edək ki, “The British Council” 2018-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin göstərişi ilə Rusiyadakı fəaliyyətini dayandırıb.

"Cebheinfo.az"