"Real Madrid" heyətini 18 yaşlı yarımmüdafiəçi ilə gücləndirib

"Real Madrid" heyətini 18 yaşlı yarımmüdafiəçi ilə gücləndirib

İspaniyanın "Real Madrid" klubu Argentina təmsilçisi "River Pleyt"in futbolçusu Franko Mastantuononun transferini tamamlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin məlumatına görə, 18 yaşlı hücumameylli yarımmüdafiəçinin transfer məbləği 45 milyon avro təşkil edəcək.

Futbolçu ilə Madrid nəhəngi arasında 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə tam razılaşdırılıb.

Daha əvvəl mediada Mastantuononun PSJ-nin heyətinə qoşulacağı bildirilirdi. Argentinalı futbolçunun fransız nəhəngi ilə ilkin razılıq əldə etdiyi və 2026-cı ildə bu kluba keçməli olduğu iddia edilirdi.

Qeyd edək ki, Franko Mastantuono 2019-cu ildən "River Pleyt"dədir. Əsas komandada isə 2024-cü ilin əvvəlindən çıxış edir. Bu müddət ərzində o, 61 oyunda iştirak edib, 10 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 30 milyon avro olaraq qiymətləndirir.

"Cebheinfo.az"