Ötən il dövlət istiqrazlarının həcmi 47 % artıb

2024-cü ildə Azərbaycanda tədavüldə olan dövlət istiqrazlarının ümumi məbləği 2023-cü illə müqayisədə həcmi 47 % artaraq 9 milyard 353 milyon manata çatıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.Məlumata görə, ötən il Maliyyə Nazirliyi "Bakı Fond Birjası" QSC-də (BFB) dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 58 hərrac keçirib. Əvvəlki ilə nisbətən dövlət istiqrazlarının ilkin bazarının məbləği 28 % artaraq 4 milyard 790 milyon manata yüksəlib.
Bundan başqa, 2024-cü ildə AMB BFB-də not yerləşdirilməsi üzrə 93 hərrac keçirilib. 2023-cü illə müqayisədə notlarla aparılan bazar əməliyyatlarının məbləği 49 % azalaraq 1 milyard 988 milyon manat təşkil edib.
"Cebheinfo.az"