Moskvadan erməni kilsəsinə XÜSUSİ TƏLİMAT

Ermənistan Baş naziri Nikol Paşinyanın, onun həyat yoldaşının və “Mülki müqavilə” Partiyasının üzvlərinin kilsə əleyhinə kampaniyası partiyanın özünü sarsıdır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
"Parlament fraksiyasının əksəriyyəti kilsəyə qarşı atılan addımlarla razılaşmır, lakin bu barədə danışmağa cəsarət etmir. Bəzi deputatlarla təkbətək söhbətlərdən belə bir nəticə əldə etdik ki, Paşinyan ruhanilərə münasibətini əsaslandırmaq üçün öz komandasında belə bir versiyanı dövriyyəyə buraxıb. Guya Rusiya Ermənistan Apostol Kilsəsinə ötən il kilsə vasitəsilə Ermənistan hakimiyyətinə qarşı döyüşməyi əmr edib.
Eçmiədzin deyirlər ki, bir çox kilsə nümayəndələri hakimiyyətə qarşı bəyanatlar verməlidirlər, ona görə də Baş nazir kilsənin müqavimətini qırmaq, onu qorxuya salmaq üçün belə hərəkətlər edir. Amma əksəriyyət bunun daha çox cəfəngiyyat olduğunu başa düşdü”.
Xəzər
“Cebheinfo.az”