Qurban Yetirmişli: "Azərbaycanda ən dərin zəlzələlər Xəzərdə baş verir"

Qurban Yetirmişli: "Azərbaycanda ən dərin zəlzələlər Xəzərdə baş verir"

Azərbaycanda ən dərin zəlzələlər Xəzər dənizində baş verir.

Bu AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli "Təbii fəlakətlər, ekoloji problemlər, yaşıl dünya" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, həmin zəlzələlərin dərinliyi 60-70 km arasında olur.

Q.Yetirmişli qeyd edib ki, ilin əvvəlindən bu günə kimi Xəzər dənizində təxminən 3 minə yaxın zəlzələ baş verib.

"Cebheinfo.az"