Ərdoğan Paşinyanla danışıb - YENİLƏNİB

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qurban bayramını təbrik etmək münasibətilə ona zəng edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə ilə Ermənistan arasında təmaslar, regional və qlobal məsələlər müzakirə olunub.
Prezident Ərdoğan bölgədə əhatəli normallaşmanın və Azərbaycan ilə Ermənistan arasında sülh dialoqunun əhəmiyyətinə diqqət çəkərək Türkiyə ilə Ermənistan arasında təmaslardan məmnunluğunu dilə gətirib.
***
15:08
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Paşinyan Qurban bayramı münasibətilə Ərdoğanı təbrik edib.
Türkiyə və Ermənistan liderləri ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edib.
Tərəflər dialoqu davam etdirməyə razılaşıblar.
"Cebheinfo.az"