Sevgilisi ilə birlikdə quldurluq edən qadına HÖKM OXUNDU

Sevgilisi ilə birlikdə quldurluq edən qadına HÖKM OXUNDU

Bakıda quldurluq etməkdə təqsirləndirilən Leyla Zülfüqarovanin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatina görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Leyla Zülfüqarova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Leyla Zülfüqarova tanışları ilə birgə metronun "20 Yanvar" stansiyasında bir nəfər şəxsə quldurluq etməkdə təqsirləndirilir. İttihama görə, o, sevgilisi və onun dostları ilə birgə qısqanclıq zəminində tanışlarına qarşı quldurluq edərək zərərçəkənin telefonlarını və pulunu alıb, əldə olunan pulu şəxsi zəmində istifadə ediblər. Digər şəxslərin cinayət işi üzrə ayrı məhkəmə keçirilir.

Leyla Zülfüqarova Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələrlə təqsirləndirilib.

"Cebheinfo.az"