Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Azərbaycandan Çinə toyuq ayaqları məhsulunun idxalına icazə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) idarə heyətinin sədri Yusif Abdullayev deyib.
O qeyd edib ki, məhsulların Çin bazarlarına idxalı üçün xüsusi icazələr lazımdır:
“Bu prosedurları Çin tərəfindən adiyyatı qurumlar təsdiq etməlidir. Potensialları müəyyənləşdirilən məhsulların siyahısı çıxarılır və AQTA tərəfindən müraciət olunur. Müraciətdə meyvə-tərəfəz, ət məhsulları var. Hazırda icazəsi olan toyuq ayaqları məhsullarıdır. Bu Çində böyük idxal potensialı olan bir məhsuldur. Azərbaycandan artıq toyuq ayaqlarının ixracına Çindən icazə alınıb".
"Cebheinfo.az"