Tramp NATO-nun birləşmiş qüvvələrinə yeni baş komandan təyin edib

Tramp NATO-nun birləşmiş qüvvələrinə yeni baş komandan təyin edib

ABŞ Prezidenti Donald Tramp Hərbi Hava Qüvvələrinin general-leytenantı Aleksus Qrinkeviçi NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı, həmçinin ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri vəzifəsinə təyin edib.

Bu barədə Pentaqonun bəyanatında bildirilib.

"General-leytenant Aleksus Qrinkeviç NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Baş komandanı və ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri vəzifəsinə təyin edilib", - bəyanatda qeyd olunub.

Təyinat alyansın dəstəyi ilə təsdiqlənib.

Hazırda A.Qrinkeviç Pentaqonda Birləşmiş Qərargah Rəisləri Komitəsinin əməliyyatlar üzrə direktoru vəzifəsini tutur.

"Cebheinfo.az"