Məsud Pezeşkianın Ermənistana səfəri gözlənilir

Məsud Pezeşkianın Ermənistana səfəri gözlənilir

İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfəri gözlənilir.

APA "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə dövlət büdcəsinə dair hesabatın müzakirəsi zamanı bildirib.

İran İslam Respublikası ilə münasibətlərin hazırkı səviyyəsindən danışan Ararat Mirzoyan bildirib ki, yüksək səviyyədə ikitərəfli qarşılıqlı səfərlər daim baş verir.

"Biz Prezident Pezeşkianı İrəvanda gözləyirik", - Ermənistan XİN başçısı qeyd edib.

"Cebheinfo.az"