Bağlanan bankların əmanətçilərinə bu qədər vəsait ödənib

Bağlanan bankların əmanətçilərinə bu qədər vəsait ödənib

2024-cü il ərzində Mərkəzi Bank əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirib.

"Cebheinfo.az" Mərkəzi Banka istinadən xəbər verir ki, 30.12.2024-cü il tarixinə ləğv prosesində olan “Günay Bank” ASC üzrə 2209 nəfər əmanətçiyə 34,3 milyon manat, ləğv prosesində olan “Muğan Bank” ASC üzrə isə 7 689 nəfər əmanətçiyə 199 milyon manat məbləğində kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fonduna iştirakçı banklar tərəfindən ödənilən sığorta haqlarının risk əsaslı çərçivədə hesablanması və yığılmasına dair hazırlanan metodoloji layihə üzrə işlərin görülməsi davam etdirilib.

2023-cü ildə müflis elan olunmuş “Günay Bank” ASC və “Muğan Bank” ASC-nin qorunan əmanətçiləri üzrə əmanət sahiblərinə vəsaitlərinin müvafiq olaraq 98 faiz və 97 faizi qaytarılıb.

"Cebheinfo.az"