Qaluzin: “Elə etmək istəyirik ki, “Rusiya Evi” bağlanmasın”

“Rusiya Azərbaycan tərəfi ilə əlaqə saxlayır və “Rusiya Evi”nin bağlanması ilə bağlı problemi həll etməyə çalışır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”-ya bildirib.
"Biz məsələni elə həll etmək istəyirik ki, “Rusiya Evi” bağlanmasın. Biz Azərbaycan tərəfi ilə əlaqə saxlayaraq bu mövzu üzərində işləyirik. Biz ondan çıxış edirik ki, bu məsələ Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı çərçivəsində həll oluna bilər və həll edilməlidir.
Biz hesab edirik ki, bu cür məsələlərə belə yanaşmaq lazımdır və mümkün olan hər şeyi etmək lazımdır ki, dövlətlərimizin vətəndaşları bir-birinin mədəniyyəti və müvafiq strukturları vasitəsilə bir-birinin adət və ənənələri ilə tanış ola bilsinlər”, - deyə o bildirib.
2025-ci il fevralın 3-də rəsmi Bakı “Rusiya Evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı Moskvaya nota göndərib.
Xəzər
“Cebheinfo.az”