“Hercai”nin aktrisası əməliyyatdan sonra iflic olub - FOTOLAR

“Hercai”nin aktrisası əməliyyatdan sonra iflic olub - FOTOLAR

Türkiyənin məşhur “Hercai” serialındakı Keriman obrazı ilə tanınan Eylem Tanrıver plastik əməliyyatdan sonra qismən iflic olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq qalan aktrisa bununla bağlı məhkəməyə üz tutub.

Belə ki, onun görünüşündə dəyişiklik etmək üçün etdirdiyi plastik əməliyyat gözlədiyi kimi alınmayıb. İddialara görə, əməliyyatdan sonra saatlarla uyğunsuz vəziyyətdə saxlanılan aktrisa bu səhlənkarlıq ucbatından nevroloji zədə alıb, nəticədə qismən iflic olub.

O, başına gələn hadisə barədə bu sözləri deyib: “6 saatdan çox davam edən əməliyyatda qalmamalı olduğum bir formada saxlanıldım. Mənə təcili yardım maşını belə ayrılmadı. Öz gücümlə, yaralı və əzilmiş qollarımla evə getməli oldum. Bu səbəbdən peşəmi davam etdirə bilmədim. Xəstəxana rəhbərliyi də mənə dəstək olmadı. Uşağımın ehtiyacları belə qarşılanmadı. İmtahan vaxtı yanında ola bilmədim”.

Qeyd edək ki, “Hercai” serialı 2019-2021-ci illərdə ATV kanalında yayımlanıb. Baş rollarını Akın Akınözü ve Ebru Şahin canlandırıblar.

"Cebheinfo.az"