Yığmamızın Gümüş Avropa Liqası üçün heyəti - ADLAR

Yığmamızın Gümüş Avropa Liqası üçün heyəti - ADLAR

Azərbaycanın kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Gümüş Avropa Liqası üçün yekun heyəti bəlli olub.

Bu barədə Voleybol Federasiyasından məlumat verilib.

Baş məşqçi Fərid Cəlalov, köməkçiləri Akif Vəliyev və Cəlil Cəlilovla birlikdə 12 voleybolçuya şans verəcək.

Hücumçular: Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Vüsal Qurbanov.

Blokçular: Aslan Həmidov Mərdan Məmmədov, Dmitri Baranov, Ramazan Ağabəyov.

Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou.

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov.

Qeyd edək ki, Azərbaycan millisinin Gümüş Avropa Liqasındakı ikinci tur oyunları 13-15 iyun aralığında Bakıda, üçüncü tur isə 20-22 iyun aralığında Farer adalarında təşkil olunacaq.

"Cebheinfo.az"